Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Almaniyadan çıxarılan hərbçilərini digər Avropa ölkələrinə köçürəcək

“ABŞ Almaniyadan çıxarılan qoşunlarını digər Avropa ölkələrinə yenidən yerləşdirmək niyyətindədir”.

Bu barədə ABŞ Quru qoşunlarının komandanı Rayan Makkarti bildirib.

Komandan qeyd edib ki, Almaniyada 34 000-dən çox hərbçi yerləşdirilib: “Onlardan təxminən, 10 mini Avropada digər hərbi birləşmələrə yerləşdiriləcək. Bu, NATO tərkibindəki müttəfiqlərin gücünü daha da qüvvətləndirəcək”.

Rayan Makkarti əlavə edib ki, belə olan halda müttəfiqlərlə çiyin-çiyinə dayanıqlıq hər hansı bir təhdidi dəf edəcək.

Xatırladaq ki, ABŞ Müdafiə Naziri Mark Esper 29 iyul tarixində 11 900 ABŞ hərbçisinin Almaniyadan çıxarılacağını bəyan etmişdi. Nazir onlardan təxminən, 6.4 mininin vətənə dönəcəyi, 5.6 mininin İtaliya və Belçikaya köçürüləcəyi, 25 mininin isə Almaniyada qalacağını bildirmişdi.(apa)

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
Son xəbərlər
Bütün xəbərlər »