Lənkəranda 4 otaqlı ev, İsmayıllıda köməkçi tikili yanıb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran şəhərinin Girdəni kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi isə İsmayıllı rayonunun Təzəkənd kəndində olub. Ümumi sahəsi 40 m² olan köməkçi tikilinin və bitişik ümumi sahəsi 60 m² talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.