Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Abdullah Mursi zəhərlənərək öldürülüb" - Vəkillərindən açıqlama

Misirli vəkillər keçmiş prezident Məhəmməd Mursinin kiçik oğlu Abdullah Mursinin zəhərlənərək öldürüldüyünü açıqlayıblar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ötən il atasının ölümündən bir neçə ay sonra dünyasını dəyişən Abdullahın sükan arxasında ürəktutmadan öldüyü deyilirdi. Ancaq Mursi ailəsinin vəkilləri onun zəhərli maddə ilə qətlə yetirildiyini bildirirlər.

“Guernica 37” Beynəlxalq Hüquq Ofisi Abdullah Mursinin öldürülməsinə dair əllərində faktlar olduğunu açıqlayıb.

Mərkəzi Londonda yerləşən qurumun məlumatına görə, Abdullah zəhərli maddənin ona vurulmasından sonra ölüb və avtomobili ilə qəsdən yaxınlıqdakı xəstəxanaya yox, 20 kilometr uzaqlıqdakı xəstəxanaya çatdırılıb.

Hüquq ofisinin rəsmisi Tobi Kadman Abdullah Mursinin ölümünə onun sosial şəbəkədə Məhəmməd Mursinin vəfatında bəzi rəsmi şəxsləri ittiham etməsinin səbəb olduğunu qeyd edib.

Vəkillər cinayəti bilməkdə günahlandırdıqları bəzi dövlət məmurlarına qarşı qərəzsiz istintaq aparılmasına çağırış ediblər.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »