Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə ovçuluq kuryozu: donuz əvəzinə insan vurub öldürürlər

Türkiyədə 2020-ci il sentyabrın 8-nə qədər 9 nəfər ovçuluq kuryozunun qurbanı olub. Həmin adamları ovçular donuzla səhv salaraq güllə ilə vurublar.

Bizimyol.info xəbər verir ki, bəxti gətirməyənlərdən 6-sı həyatını itirib, 3-ü ağır yaralanıb. Jurnalist Çiğdem Yılmaz həmin hadisələrin hər birini araşdırıb. Bəzisi xüsusi maraq doğurur.

Muğlada təsərrüfatla məşğul olan Əli Ylmaz avqustun 25-də həyat yoldaşı Zelihanı öldürmüşdü. Kəndli tarlasına donuz girdiyini zənn edərək, atəş açmışdı. Sonradan Zelihanın ərinə dəyməyə gəldiyi məlum olmuşdu.

Trabzonun Tonya ilçəsində Ahmet Aktaş da həyat yoldaşını qətlə yetirib. Sentyabrın 4-də 76 yaşlı təqaüdçü müəllim bağa donuz girdiyini zənn edərək tapançadan atəş açıb. Güllə həyat yoldaşı Həvva Aktaşa tuş gəlib.

Bartının Karahüseyinli kəndində yaşayan Hüseyin Gökçe gəlinini öldürmüşdü. Pəncərədən bağda nəyinsə hərəkət etdiyini görüncə tüfəngə sarılmışdı. Beləcə, 31 yaşlı Gönül Gökçe həyatını itirmişdi.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »