Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya hökuməti: "“Brexit”dəki düzəlişlər beynəlxalq hüquqa ziddir"

Böyük Britaniya hökuməti “Brexit” razılaşmalarında Şimali İrlandiya ilə bağlı nəzərdə tutduqları yeni dəyişikliklərin beynəlxalq hüquqa zidd olacağını etiraf edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Şimali İrlandiya üzrə dövlət katibi Brandon Lyuis parlamentin İcmalar palatasındakı nitqi zamanı bildirib.

“Bəli, bununla beynəlxalq hüquq çox xüsusi və məhdud sahədə pozulmuş olur. Biz çox qəti müəyyən olunmuş hallara dair birbaşa işləyən Avropa İttifaqının hüquqi konsepsiyasını tətbiq etmək üçün bunun səlahiyyətlərinə əl atırıq”, - o deyib.

Yeni daxili bazarlar qanununda hökumət Şimali İrlandiya protokolunun idarəçi hissəsinə dair planlarını qismən üzə çıxarıb. Bu planlar da Londonda bu gün yekun vurulan “Brexit” danışıqlarının nəticələrini qismən pozmaq təhlükəsini daşıyır.

Hökumətin bununla fövqəladə bir addım atmadığını diqqətə çatdıran dövlət katibi daha sonra bildirib:

“Həm Birləşmiş Krallıq, həm də dəyişən şərtlərdə beynəlxalq öhdəlikləri nəzərə almağa məcbur olan başqa ölkələr üçün bu kimi nümunələr mövcud olub”.

Məlumat üçün bildirək ki, hazırda “Brexit” sazişində Şimali İrlandiya bir tərəfdən Böyük Britaniyanın gömrük məkanına aid olsa da, eyni zamanda Avropa İttifaqının vahid bazar və gömrük məkanında iştirak edən ərazi kimi təsbit edilir. KİV-ə görə, hökumətin hazırladığı qanunda isə bölgənin bu statusu ortadan qaldırılmalıdır.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »