Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pul yığmaq üçün ən yaxşı valyuta

Pul toplamağa çalışan insanların əksərində belə təsəvvür var ki, ABŞ dollarından daha etibarlı valyuta ola bilməz. Amma mütəxəssislər tamam başqa pul vahidlərini fərqləndirir.

Bizimyol.info xəbər verir ki, pul yığmaq üçün ən yaxşı valyutanın adı çəkilib. Mütəxəssislər ən çox İsveçrə frankına etibar etmək lazım gəldiyini bildirir. “BKS Broker” Rusiya fond bazarının eksperti Dmitri Babin deyir ki, dayanıqlı iqtisadiyyat valyuta seçimində də əsas rol oynamalıdır. Bu mənada İsveçrə puluna güvənməyə dəyər. Danimarka kronu da həmişə güclü təsir bağışlayır. Babin üçüncü pilləyə avronu qoymağın tərəfdarıdır.

İsveçrə frankı İsveçrə frankı | Foto: Pixabay.com

Avro son vaxtlar bizim coğrafiyada – Azərbaycanda, Rusiyada, Türkiyədə dəyərini ciddi şəkildə artırıb. Mütəxəssislər bu amili də nəzərə alır.

Dollara əvvəlki qədər güvənilməməsinin bir çox səbəbləri var. Hər şeydən əvvəl ABŞ-ın daxili siyasətində qeyri-müəyyənlik hökm sürür. Bundan başqa, vətəndaş etirazlarını, noyabrda baş tutacaq prezident seçkilərini, Federal ehtiyat sisteminin ultrayumşaq maliyyə siyasətini nəzərə almaq lazımdır.

Dollar 2020-ci ildə əsas valyutalara nisbətdə 11 faiz dəyər itirib. Gələn il avronun dollar qarşısında 36 faiz güclənəcəyi ehtimal olunur.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
››› Kamil Zeynallı: “Hikmət Hacıyev mənə yaxınlaşıb, dedi ki...”
››› Azərbaycanlıların evlərini zəbt edənlər Ermənistanda qaçqın statusu ala bilmir
››› Nazirlik anomal istilərlə bağlı xəbərdarlıq edib
Son xəbərlər
Bütün xəbərlər »