Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qondarma Dağlıq Qarabağ rejiminin “nazirliyi” ilə bağlı politoloqdan açıqlama

“Dağlıq Qarabağdakı qondarma rejimin "xarici işlər nazirliyi"nin feysbuk səhifəsi rəsmi olaraq təsdiqlənib. Bu səhifəyə istinadən dezinformasiyalar daha çox yayılır”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

Politoloq qeyd edib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq informasiya təxribatıdır: “Biz informasiya qıtlığı yaradırıq. İnformasiya sahəsində çalışan qurumların fəaliyyəti yüksək səviyyədə qurulmayıb. Bu işə maraqlı olmaq lazımdır. Çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan məsələsindən çıxıb.

Dünya ictimaiyyətinə Dağlıq Qarabağ Azərbaycandan ayrı dövlət kimi göstərilir.

Ermənistan bu istiqamətdə informasiya yayır. Tarix saxtalaşdıraraq qurduqları hekayələri dünyada təbliğ edirlər.

Məlumatları ingilis dilində və başqa dillərə tərcümə edərək təqdim edirlər”.

Politoloq deyib ki Livandan və başqa ölkələrdən ermənilər Qarabağa köçürülür: “Ermənilərin Qarabağda kütləvi şəkildə məskunlaşması baş verir. Bu da Azərbaycan və digər qonşu ölkələr üçün böyük riskdir”.

R.Məmmədova bildirib ki, Qarabağ həqiqətləri ilə bağlı təbliğatın aprılması üçün dövlət tərəfindən ayrılan vəsaitlər əsasında qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi layihələr səmərəli olmayıb: “Erməni mənbələrinin yaydığı çoxlu informasiyalar əsasında dünya ictimaiyyətinin Qarabağla bağlı münasibəti bir-birindən fərqlənir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhsevər dövlət kimi Azərbaycana birmənalı yanaşma yoxdur. ATƏT-in Minsk Qrupu da bizi dəstəkləmir. Bizi ancaq Türkiyə dəstəkləyir”.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »