Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
I qrup üzrə abituriyentlərin 16 faizi 0-100 bal arası nəticə göstərib

“2020-ci ildə I qrupda imtahan verən 28 842 nəfərdən 58,9 faizi müsabiqəyə buraxılıb. Keçən il I qrup üzrə imtahanlarda 27 927 nəfər iştirak edib, onlardan 57 faizi imtahana buraxılıb. II qrupda bu il imtahan verən abituriyentlərin 63,4 faizi, III qrupda 84,3 faizi, IV qrup üzrə isə 82 faizi müsabiqəyə buraxılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında deyib. O, bildirib ki, müsabiqəyə subbakalavrlar da qatılır, bu il 17 min subbakalavr sənəd verib. I qrupa 5 179 nəfər, II qrupa 5 240, III qrupa 2 853, IV qrupa 1 609 nəfər əlavə olunacaq.

M. Abbaszadə qeyd edib ki, ötən illə bu ili müqayisə edəndə, I qrupda qəbul planları 299 yer azalıb ki, bu da 1,96 faiz edir:

“II ixtisas qrupunda qəbul planları 381 yer azalıb, bu da 2,69 faiz deməkdir. III qrupda qəbul planları 1015 artırılıb, bu da təxminən 9 faiz edir, IV ixtisas qrupu üzrə plan yerləri 390 yer artıb, keçən ilki ilə müqayisədə bu, 10 faiz artımdır. Qabiliyyət tələb edən V ixtisas qrupunda 371 qəbul planı var ki, bu da 133 yer artım deməkdir. Bu il ümumi plan yerləri 1,79 faiz artıb. Bu da 858 yer təşkil edir. Dövlət sifarişli plan yerlərinin sayı isə 8 faizə yaxın artıb”.

Mətbuat konfransında qruplar üzrə ən yüksək nəticə göstərən abituriyentlərin də sayı açıqlanıb. M. Abbaszadə bildirib ki, I qrupda 600-dan yuxarı nəticə göstərənlərin sayı 607 nəfər olub, bu da iştirakçıların 2,15 faizini edir:

“Ötən il belə abituriyentlərin sayı 553 nəfər idi, bu da təxminən 2 faiz təşkil edirdi. 0-100 bal arası nəticə göstərənlərin sayı 16, 100 baldan yuxarı nəticə göstərənlərin sayı isə 84 faiz olub. Keçən il I qrupda 100 baldan yuxarı nəticə göstərənlər 79 faiz idi, bu il daha çox abituriyent 100 baldan yuxarı nəticə göstərib.

Keçən il II qrupda 600 baldan yuxarı bal toplayanlar 404 nəfər idi, bu da 2,5 faiz təşkil edib. Bu il 600-dan yuxarı bal toplayanların sayı 215 nəfərdir, amma bu il iştirakçıların sayı da ötən ilkinə nisbətən 2000 nəfər az idi, keçən il iştirakçıların sayı 16 000 nəfər idi, bu il isə 13 min nəfər olub, bu da təxminən 1,65 faiz təşkil edir.

III qrupda 600 baldan yuxarı bal toplayanlar 550 nəfər olub, bu isə 2,5 faiz təşkil edir. IV qrupda 600-dən yuxarı bal toplayanlar bu il 353 nəfər olub, bu da iştirakçıların 7,37 faizini təşkil edir, keçən il bu rəqəm 378 nəfər (7,45 faiz) olub”.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »