Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcü ekspert: Ermənistan həmişə Gürcüstana xəyanət edib

Əsrlər boyunca Ermənistan həmişə gürcü dövlətinə xəyanət edib və təəssüf ki, bu gün də bu, açıq şəkildə görünür.

Bunu Trend-ə Qafqazın geotarixi və geosiyasətinin tədqiqi Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya deyib.

Onun sözlərinə görə, qonşu Ermənistan gürcü qaçqınların öz doğma yurdlarına qayıtmasını istəmir: “Gürcülər dövlətin ərazi bütövlüyü bərpa olunmadan işğal olunmuş ərazilərə qayıtmaq niyyətində deyil. Gürcüstan hökuməti BMT ilə birgə bu istiqamətdə diplomatik mübarizə aparır”.

O bildirib ki, Ermənistanın hərəkətləri Gürcüstan dövlətinin bütövlüyünü tanımadığını göstərir: “Bu, xəyanət deyilsə, Ermənistanın hərəkətlərini başqa nə ilə izah etmək olar?”

Q.Marxuliyanın sözlərinə görə, Gürcüstanın uğurlu diplomatiyası sayəsində Ermənistan bu il səsvermədən boyun qaçırdı. Amma gələcəkdə Ermənistan öz mövqeyini dəyişməyəcək, çünki Gürcüstanın və Ermənistanın xarici siyasi meylləri fərqlənir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »