Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məleykə Abbaszadə ombudsmanın müraciətinə cavab verdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə müsabiqə şərtlərinin yumşaldılması təklifinə münasibət bildirib.

Bu gün keçirilən onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ombudsmanın müraciətinə cavab olaraq bildirib ki, müsahibə şərtləri DİM tərəfindən müəyyən edilmir:

“Bu şərtləri Təhsil Nazirliyi ilə birlikdə müzakirə etdikdən sonra hökumətə təklif edirik. Bu qaydalar artıq təsdiq edilib. İkinci məsələ odur ki, pandemiya ilə əlaqədar problemlər yaşanıb. Bunu nəzərə alaraq, Təhsil Nazirliyi ilə birlikdə hökumətə təkliflərimizi vermişik, bir sıra imtahanlarda müəyyən dəyişikliklər edilib. Müəyyən proqramlar çıxarılıb, imtahanın birinci mərhələsində açıq sualların 50 faizi qapalı suallarla əvəzlənib”.

M.Abbaszadə bildirib ki, bu il plan yerləri təxminən bir faiz artıb. Dövlət sifarişli plan yerləri üzrə artım daha çoxdur:

“Bu artım təxminən səkkiz faizdir. Hazırda əlavə kontingentin müsabiqəyə buraxılması məsələsinə baxılmır. Bu, o halda olur ki, plan yerləri çox, abituriyentlərin sayı azdır. Bu il isə elə deyil və müsabiqə üçün kifayət qədər rəqabət şəraiti yaranıb”.

DİM sədri bəzi ekspertlər tərəfindən builki qəbul nəticələrinin ötənilkilərdən aşağı olması barədə deyilən fikirləri də düzgün saymayıb.

Qeyd edək ki, bir müddət əvvəl ombudsman müsabiqə şərtlərinin yumşaldılması ilə bağlı təklif vermişdi.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »