Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergey Şoyqu: “NATO-nun strateji bombardmançıları Rusiyaya raket zərbələrini məşq edir...”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilk dəfə ABŞ strateji nüvə bombardmançılarının və kəşfiyyat təyyarələrinin ölkənin hava sərhədləri yaxınlığında intensiv uçuşlar keçirməsini şərh edib.

Virtualaz.org xəbər verir ki, müdafiə naziri “Rossiyskaya qazeta”-ya açıqlamasında situasiyanın hazırda çox gərgin olduğunu deyib. Onun sözlərinə görə, NATO qırıcıları və bombardmançıları Rusiyaya raket zərbələrini imitasiya edir, üstəik bir neçə istiqamətdən.

Qəzet qeyd edir ki, NATO strateji bombardmançıları müntəzəm olaraq Rusiya ərazisinə raket zərbələri endirilməsi üçün məşqlər keçirir. Sergey Şoyqunun sözlərinə görə, əvvəllər əsasən kəşfiyyat aviasiyasının uçuşları müşahidə olunurdu, indi isə Rusiya sərhədləri yaxınlığında tez-tez zərbə təyyarələri uçmağa başlayıb. “Hazıda müntəzəm uçuşlar başlayıb və həmlələr, raket zərbələrinin imitasiyası məşq edilir, o cümlədən böyük sayda təyyarələrin iştirakı ilə”,-Sergey Şoyqu bildirib.

Xatırladaq ki, son vaxtlar ABŞ strateji bombardmançıları tez-tez Rusiya sərhədləri yaxınlığında uçuşlar keçirir. Bu günlərdə B-52H strateji nüvə bombardmançısı tarixdə ilk dəfə Ukrayna hava məkanına daxil olub, Ukrayna qırıcılarının müşaiyəti ilə Krım hüdudlarına qədər uçublar və Azov dənizi üzərində manevr edərək geri qayıdıblar. Habelə Qara dəniz üzərindən 2 B-52H bombardmançısı Rusiyanın hava sərhədlərinə yaxınlaşıb, onları “tutmaq” üçün 8 qırıcı havaya qaldırılıb.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »