Bir gün öncə 30-35 dərəcə isti temperaturla yay həzzi yaşayan amerikalılar bir gün sonra anidən qışda oyanıblar.
Bizimyol.info xəbər verir ki, KİV-in məlumatına görə, 3 saat fərqlə temperatur 33 dərəcə düşərək 1-3 dərəcə təşkil edib, qar yağıb. ”Sentyabr ayında qar yağdı” şəklində xəbərlər sosial mediada yayıdlıqdan sonra insanlar Kolorada ştatının Denver şəhərinə axın ediblər.
Sinoptiklər sabahdan etibarən yağıntının dayanacağını, 2 gün sonra havanın mövsüm normalarına uyğun olacağını bildiriblər.