Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kral sülaləsinin nümayəndəsi həbs olunub

Avstriyanın Yuxarı Avstriya əyalətində Hanover krallar sülaləsinin hazırkı başçısı olan şahzadə Ernst Avqust polis tərəfindən həbs edilib.

“Report” “Express”ə istinadən xəbər verir ki, 66 yaşlı şahzadə dağlıq ərazidəki Almtal kəndində yerləşən ovçu evində çalışan qadın işçinin şikayəti əsasında saxlanılıb.

Belə ki, həmin qadın şahzadənin onu və həyat yoldaşını evdə səssiz yeriməsələr, evdən qovacağı, yaxud onların üstünə başkəsənlər göndərəcəyi barədə hədələyib.

Bununla yanaşı, şahzadə E.Avqustun yol işarəsini və bir binanın pəncərəsini sındırdığı bildirilir. Ona qarşı mülkiyyətə zərər vurmaq, hədə-qorxu gəlmək, zor tətbiq etməklə bağlı ittiham irəli sürülüb.

İyul ayının ortalarında şahzadə polislərlə mübahisə etdikdən sonra psixiatrın qəbulunda olub.

“Kronen Zeitung” xəbər verir ki, şahzadə həmçinin polisləri bıçaqla hədələyərək birini üzündən vurub. Özü isə bununla razılaşmayaraq kömək istədiyini, lakin polislərin hücumuna məruz qaldığını deyib. Ötən ay isə polislərin üstünə maşın sürərək onların üstünə beysbol zopasını çəkib və öldürməklə hədələyib.

Xatırladaq ki, alman əsilli Hanover sülaləsi 1714-1901-ci illərdə İngiltərə taxtında oturub.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »