Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: Qarabağ müharibəsinə onlarla dövlət qoşula bilər

Son günlər mediada II Qarabağ savaşının başlanacağına dair müxtəlif mülahizələr yer alır.Hətta, bu payızda müharibənin başlanılacağı da istisna edilmir. Rusiyanın Müdafiə Naziri Sergey Şoyqunun Bakıya rəsmi səfərindən sonra gərginləşmiş mühitin bir qədər sakitləşəcəyini gözləmək olardı, amma belə olmadı.

Bölgələrdə, xüsusən sərhəd rayonlarında mülki şəxslərin qorunması üçün sığınacaqların tikilməsi,qondarma rejimin rəhbərinin Gəncəni vurmaqla hədələməsi, Goranboyda törədilən təxribat, Tovuz rayonuna açılan müntəzəm atəş insanlarda belə bir rəy yaradıb ki, müharibə qaçınılmazdır. Baxmayaraq ki, Azərbaycan böyük enerji layihələrinin başında dayanır. Müharibənin başlanması realdırmı?

Bəhruz Məhərrəmov Bəhruz Məhərrəmov

Bizimyol.info-nun sualını cavablandıran Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki,bu dəfə müharibə başlasa, bu artıq iki dövləin yox, bir neçə dövlətin cəlb olunduğu regional savaşa çevrilə bilər.

“Açığı mən müharibəni real hesab edirəm, lakin onu da düşünürəm ki, bu iki dövlət yox, maraqların, bir neçə, bəlkə də onlarla dövlətin cəlb olunduğu münaqişəyə çevrilə, arealı Azərbaycandan çox-çox kənarlara qədər uzana bilər. Ermənistan tərəfi bu gün Azərbaycan üçün müharibədən başqa yol qoymayıb. Biz sonsuzadək gözləyə bilmərik, Ölkə başçısının da son dövrlər mövqeyi elə bu yöndədir. Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsinin fonunda qələbəmiz mütləqdir və regionda fərqli düzən yaranacaq. Azərbaycan yeni düzəndən sonra regional liderə çevriləcək. Buna inanıram”

İlhamə

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »