Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli İnsanovun köməkçisinə 30 sutka həbs verilib

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə özlərini Haqq-Ədalət Partiyası adlandıran birliyin sədri, sabiq Səhiyyə naziri Əli İnsanovun köməkçisi Rəşad Abbaslının oğurlanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov virtualaz.org-a bildirib ki, ictimai asayişi pozan şəxsin kimin köməkçisi, hansı partiyanın üzvü olmasının əhəmiyyəti yoxdur: “Rəşad Abbaslı da ictimai qaydanın və ictimai asayişin pozulmasına yönəlik hərəkətlərə yol verdiyinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanılmış materiallarla birlikdə rayon məhkəməsinə göndərilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəşad Abbaslı barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Onun guya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması və işgəncələrə məruz qalması barədə yayılan məlumatlar uydurmadır və həqiqəti əks etdirmir”.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »