Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balakəndə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olanların tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Polis Şöbəsinə rayonun Talalar kənd sakini Tural Şahverdiyevin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, hündürlükləri 3-4 m arasında olan, ümumi çəkisi 645 kiloqramdan artıq 20 ədəd çətənə bitkisi, həmçinin qurutmaq üçün yerə sərilmiş 14 kiloqram 150 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb. T.Şahverdiyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »