Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Yaqublu: "Buradan ya meyitim çıxacaq, ya da mənə bəraət veriləcək"

"İndicə atayla danışdım. Ona dəstək olan hər kəsə təşəkkürünü bildirdi. Səsindən necə möhkəm və idarəli olduğu hiss olunurdu".

Dominant.az xəbər verir ki, bunu Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

O, T.Yaqublunun aclıq aksiyasını davam etdirdiyini qeyd edib:

"Dedi ki, "həbsxana şəraitində aclıq ağır gedir. Bu qədər müddət ərzində hələ bu gün gəlib nəbzimi ölçüblər. Çox zəifləmişəm. Görənlər rəngimin çox avazıdığını və gözümün çuxura düşdüyünü deyirlər. Mehman üçün aclıq edəndə aclığın 10-cu günü özümü necə hiss edirdimsə, indi özümü elə hiss edirəm. Ancaq iradəm möhkəmdir! Mən ölməyə hazıram. Buradan ya meyitim çıxacaq, ya da mənə bəraət veriləcək! Əgər ölərəmsə, bu mənim xalq qarşısında kiçik bir xidmətim olacaq. Heç olmasa, ölümüm boşuna getməyəcək və xalqı azadlığa çağıracaq. Yəqin ki, daha məndən sonra heç kim şərlənib həbs olunmaz. Məni məcburi qidalandıra bilməzsiniz! Bu işin zarafatı yoxdur. Ya ÖLÜM, ya AZADLIQ!"".

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »