Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Şurasının Baş katibi Belarusla bağlı bəyanat yayıb

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Belarusla bağlı bəyanat yayıb.

APA-nın Avropa Şurasının saytına istinadən verdiyi xəbərə görə, təşkilatın Baş katibi Belarusda insan haqlarının təhdid olunması ilə bağlı narahatlığını ifadə edib.

"Avropa Şurası Belarusda insan haqlarına qarşı yönəlmiş son təhdidlərdən ciddi şəkildə narahatdır. Koordinasiya Şurasının üzvlərinə edilən təzyiq və təqiblər, vətəndaş cəmiyyəti nümayəndələri və mitinqlərdə iştirak edən sadə vətəndaşların yenidən həbsləri son dərəcə narahatlıq doğurur. Vətəndaşlara kütləvi şəkildə hədə-qorxu gəlinməsi tamamilə qəbuledilməzdir və dayandırılmalıdır. Bu cür qanunsuz tətbiqetmələrin davam etməsi onsuz da çətin vəziyyətin ağırlaşması və gözlənilməz nəticələrə səbəb olması üçün açıq şəkildə risk yaradır. Belarusun qanunsuzluğun və siyasi təqiblərin mövcud olduğu bir dövlətə çevrilməsi təhlükəsi var.

Avropa Şurası adından Belarus rəhbərliyini bu repressiv əməllərə son qoymağa çağırıram. Lazımi islahatların hazırlanması və gecikdirilmədən həyata keçirilməsi üçün vətəndaş cəmiyyəti ilə ədalətli və açıq dialoq aparmaqdan başqa yol yoxdur. Avropa Şurası bu baxımdan kömək təklif etməyə hazırdır", Avropa Şurasının Baş katibi vurğulayıb.

Paylaş »
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› İyunun 25-nə olan hava proqnozu
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »