Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dilqəm Əsgərovun Azərbaycandakı vəkili ilə Əhməd Əhmədzadənin müşaviri görüşəcək

7 ildir Ermənistanda girovluqda olan Dilqəm Əsgərovun ailəsinin “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən etdiyi şikayətə baxılacaq.

Bu barədə Bizimyol.info-ya Dilqəm Əsgərovun Azərbaycandakı vəkili Əziz Qənbərov məlumat verib.

Vəkil bildirib ki, Dilqəm Əsgərova məxsus 35 hektar bağ sahəsinə görə dövlət büdcəsindən ayrılan kompensasiyanın ödənilməsi istiqamətində danışıqlara bu gün başlanılacaq: “Bu gün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin müşaviri mənimlə əlaqə saxladı. Bu gün saat 15:00-da onunla ASC-də görüşümüz olacaq. Problemin həlli istiqamətində danışıqlar olacaq”.

Qeyd edək ki, Dilqəm Əsgərova məxsus Şəmkir və Daşkəsən rayon ərazisində yerləşən, Bələdiyyə mülkiyyətində olan 35 hektara yaxın bağ sahəsini uzun müddətə (15 illik) icarəyə götürüb. Həmin sahədə 70 qoz ağacı, 700-ə yaxın isə müxtəlif meyvə ağacları var idi. İddiaya görə Şəmkir rayonda tikilən Seyfəli dəryaçası adlanan su anbarı layihəsinə görə bağ sahəsi məhv edilib. Mütəxəssislərin hesablamalarına görə, Əsgərov ailəsinə dəyən zərərin miqdarı 1 549 860 (Bir milyon beş yüz qırx doqquz min səkkiz yüz altmış) manatdır.

Xatırladaq ki, 2014 cü ilin iyunun 11-də Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gediblər. Həmin gün Şaplar kəndində Ermənistan silahlı qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb. Həsən Həsənov isə güllələnərək öldürülüb.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »