Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dələduzluq edən qayınana və gəlini saxlanılıb

Biləsuvarda dələduzluq yolu ilə ayrı-ayrı şəxslərin pul və qızılını ələ keçiriən qayınana və gəlini saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ağayrı kənd sakini A.Mahmudovanı dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçirən Bərdə şəhər sakinləri B.Əliyeva və onun gəlini A.Abdullayeva saxlanılıblar.

Onlar zərərçəkmiş şəxsi aldadaraq bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar.

Aparılan araşdırmalarla həmin şəxslərin bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 850 manat pulunu və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar Rayon Polis Şöbəsində başlanmış cinayət işinin istintaqı davam edir.

Hazırda onların başqa bu kimi faktlarda iştirakının olub-olmadığı araşdırılır.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »