Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yol polisi deputatı qovub tutdu, qalmaqal yarandı

Dövlət Yol Polisininin (DYP) əməkdaşı Milli Məclisin deputatı Razi Nurullayevi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə R.Nurullayev "Facebook" səhifəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, hadisə ötən gecə Novxanı yolunda baş verib:

Razi Nurullayev Razi Nurullayev

“99 YP 172 dövlət nömrə nişanlı Dövlət Yol Polisinin maşınıdır. Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50. Birincisi, maşının arxasınca düşüb saxlamaq nə demək? “Bandit” qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.

Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.

Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o deputatdırsa, sənəd göstərsin. Sözün və filmin sonu...

...Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də. Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur.

Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər. Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir.

Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq. Gözləyirəm”.

Məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən və yol polisindən münasibət öyrənmək mümkün olayıb.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »