Sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.
Bizimyol.info xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulur. Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatır.