Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kaliforniya radiosunda Ermənistanın Azərbaycana qarşı təxribatından danışılıb

Kaliforniya radiosunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı və bunun fonunda baş verən proseslər müzakirə edilib.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Kaliforniyanın San Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da nəşr olunan “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi amerikalı jurnalist Raul Kontreras (Raoul Contreras) özünün “The Contreras Report” radio proqramının sentyabr buraxılışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı, Rusiyadan Ermənistana silah transferləri, ABŞ-dakı erməni lobbisinin məkrli fəaliyyətləri, 21 iyul tarixində Los Ancelesdə radikal erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər və digər məsələlər haqda dinləyicilərə məlumat verib.

Verilişdə müəllif 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şimal-qərb sərhədində ölkəmizə qarşı hücuma keçdiyini, nəticədə 15 hərbçimizin və bir mülki şəxsin öldürüldüyünü və bir sıra yaşayış yerlərinin dağıdıldığını qeyd edir. Bu hərbi təxribatın baş verdiyi əraziyə diqqəti yönəldən R.Kontreras bunun Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yox, oradan uzaqda olan Azərbaycan-Ermənistan sərhəddində baş verdiyini bildirir.

ABŞ-dakı erməni daşnaklarının tarixindən danışan müəllif onların nasizmə rəğbət bəsləyən keçmişindən bəhs edərək, bu gün bu irqçi ideologiyanın daşnakların əsas lobbi qanadı olan Amerika Erməniləri Milli Komitəsi (ANCA) tərəfindən davam etdirildiyini vurğulayır. R.Kontreras ANCA-nın bir sıra ABŞ siyasətçilərini ələ aldığını və onların zaman-zaman bu yolla ABŞ-ın Azərbaycan ilə bağlı xarici siyasətinə müdaxilə etməyə çalışdıqlarını qeyd edir.

Rusiya-Ermənistan əlaqələrindən bəhs edən R.Kontreras Rusiyanın Ermənistan ərazisində böyük hərbi bazasının mövcud olduğunu, rus hərbçilərinin Ermənistan sərhədlərini qoruduğunu dilə gətirir. Bundan başqa, Rusiyadan son günlərdə Ermənistana böyük həcmdə silah transferləri məsələsinə toxunan müəllif Azərbaycanın buna rəsmi səviyyədə etiraz bildirdiyini qeyd edir.

21 iyul hadisəsi haqda danışan müəllif Los Ancelesdəki Baş Konsulluğumuz qarşısında ANCA-nın təşkilatçılığı ilə aksiya keçirən çoxsaylı erməni daşnaklarının dinc azərbaycanlı nümayişçilərə hücum edərək, onlardan bir neçəsinə xəsarət yetirdiklərini bildirir və hazırda hadisənin polis tərəfindən nifrət zəmnində törədilən cinayət maddəsi üzrə araşdırıldığını diqqətə çatdırır. Jurnalist hadisədən sonra Los Anceles şəhərinin merinin, habelə Simon Vizental Mərkəzi, Amerika Yəhudi Komitəsi, İsrail-Amerika Şurası və Anti-Defamasiya Liqası kimi nüfuzlu yəhudi təşkilatlarının həmvətənlərimizə qarşı həyata keçirilmiş zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir.

Radio verilişin tam versiyasını bu linkdə dinləmək mümkündür: https://the-contreras-report-an-hispanic-view-of-the-usa.castos.com/episodes/114-the-contreras-report-a-hispanic-view-of-the-usa

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »