Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyalı nazir: "Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir"

Oyunlarını idmançılar və təşkilatçıların hazırlığa sərf etdikləri səyləri də nəzərə alınmaqla, nəyin bahasına olursa-olsun, keçirmək lazımdır".

"Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, bunu Yaponiyanın Olimpiada və Paralimpiada üzrə naziri Seyko Hasimoto deyib.

"Oyunlarla əlaqəli olan bütün şəxslər birgə çalışır və hazırlıq işlərini görürlər. Bu, hazırkı şəraitdə ciddi səylər ortaya qoyan idmançılara da aiddir. Biz olimpiadanı istənilən halda keçirməliyik" deyə o, əlavə edib.

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts "Tokio-2020"nin koronavirus olsa da, olmasa da gerçəkləşəcəyini açıqlayıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları bu il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən Oyunlar 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb. Bununla belə, "Tokio-2020" adı saxlanılıb.

İyunda Təşkilat Komitəsi Oyunların formatının sadələşdirilməsi lehinə çıxış edib. Yarışların üç baza prinsipi əsasında təşkili planlaşdırılır. Bunlar təhlükəsizliyin təmin olunması, xərclərin minimallaşdırılması və formatın yüngülləşdirilməsidir.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »