Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Meksikanın nüfuzlu “El Economista” qəzetinə Ermənistan təcavüzü barədə müsahibə verilib

Meksikanın nüfuzlu “El Economista” qəzetində “Azərbaycan öz torpaqlarının geri qaytarılmasını istəyir” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirlyindən verilən məlumata görə, əvvəlcə məqalədə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində iki ölkə arasında 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələyə qədəm qoyması və bu il iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törədilməsi barədə oxuculara məlumat verilir.

Yazıda Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilərək, Azərbaycanın regionda daim sülhün tərəfdarı olduğu, lakin Ermənistanın təxribatlarının cavabsız qalmayacağı və öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına dözməyəcəyi qeyd edilir.

Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən etibarən növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərinə qəfil hücumlar təşkil etməsinə diqqət çəkən Məmməd Talıbov, nəticədə Azərbaycan ordusunun 11 hərbi qulluqçusunun və bir dinc sakinin həlak olduğunu, bir neçə hərbi qulluqçunun isə yaralandığını bildirib. O, həmçinin Ermənistan tərəfinin belə təxribatlar törətməkdə məqsədinin, həmin bölgədən keçən, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrinin təhdid altına alınması, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalı və orada yaşayan dinc əhaliyə qarşı etnik təmizləmənin həyata keçirilməsi faktından, habelə COVID-19 pandemiyası ilə əlaqədar Ermənistanda yaranmış ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaq olduğunu qeyd edib.

Diplomat Ermənistanın işğalçı siyasətinin nəinki münaqişənin sülh və danışıqlar yolu ilə həlli məsələsinə və Azərbaycana, həmçinin erməni xalqına da mənfi təsir göstərdiyini bildirib. O, Azərbaycan üçün sülh prosesinin işğal olunmuş 20 faiz ərazisinin geri qaytarılması və bir milyonadək məcburi köçkünün öz torpaqlarına qaytarılması ilə başlaya biləcəyini, həmçinin Azərbaycanın ATƏT-in Minsk qrupu çərçivəsində bu istiqamətdə substantiv danışıqlar prosesini davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.

Səfir bildirib ki, beynəlxalq ictimaiyyətin Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsini qəti şəkildə tələb etməsinin vaxtı çatıb. O, həmçinin bu məsələdə tutduğu mövqeyə və münaqişənin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllini dəstəklədiyinə görə Meksika tərəfinə təşəkkürünü bildirib.(trend)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »