Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BƏƏ nümayəndəliyi sentyabrın 22-də İsrailə ilk rəsmi səfər edə bilər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyətinin İsrailə ilk rəsmi səfəri 22 sentyabr tarixində baş tuta bilər.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, qərarı hələ verilməyən mümkün səfər İsrail dövlətinin Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben-Şabbatın nümayəndə heyəti ilə birlikdə BƏƏ-yə sentyabrın 1-də baş tutan səfərinə cavab olacaq. Səfərlə bağlı yekun razılığın BƏƏ ilə İsrail arasında müqavilənin imzalanması tarixinin açıqlanmasından sonra əldə oluna biləcəyini açıqlanıb.

Agentlik qeyd edir ki, İsrail və BƏƏ tərəfi bu mövzuda açıqlama verməkdən imtina edib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
Son xəbərlər
Bütün xəbərlər »