Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfirimiz “Əl-Cəzirə”nin baş direktoru ilə görüşdü - Foto

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov dünyanın aparıcı informasiya qurumlarından biri olan “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru Mustafa Savvaq ilə görüşüb.

Azərbaycanın Qətərdəki səfirliyindən Teleqraf.com-a bildirilib ki, görüş zamanı media və informasiya mübadiləsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Mustafa Savvaq, Rəşad İsmayılov Mustafa Savvaq, Rəşad İsmayılov

“Əl-Cəzirə”nin baş direktoru M.Savvaq bu cür görüşlərin sözügedən sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib.

Görüşdə Rəşad İsmayılov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətini məlumatlandırıb və Ermənistanın təcavüzkar siyasətindən danışıb. Səfir Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyət, o cümlədən ölkəmizin mədəni-dini abidələrinə vurulan zərərdən ətraflı söz açıb. O, həmçinin Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar barədə həmsöhbətinə məlumat verib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

Son xəbərlər
Bütün xəbərlər »