Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Belarus şirkətləri Avropaya köçür

Belarusda etirazlar iqtisadiyyata yaxşı təsir göstərmir. Bir çox dövlət müəssisələri tam gücü ilə işləyə bilmir. Sahibkarlıq fəaliyyəti riskli görünür.

Bizimyol.info xəbər verir ki, Belarusun 100-dən artıq şirkəti Avropaya köçmək qərarı verib. Əksəriyyəti Latviyanı seçib. Şirkətlərdən 10-u tam qərar verdiyini açıqlayıb. Daha 100 şirkətin Latviya hökumətinə müraciət etdiyi bildirilir.

Latviya investisiya və inkişaf agentliyinin direktoru Kaspar Rojkalns deyir ki, informasiya texnologiyaları ilə məşğul olanlar Avropaya köçməyə daha çox meyllidilər.

Minsk, Belarus Minsk, Belarus | Foto: Pixabay.com

İndi Baltikyanı ölkədə belaruslu iş adamları ilə bağlı xüsusi təlimat hazırlanır. Bir neçə gün əvvəl “Viber” Belarusdan getmək istəyini açıqlamışdı. “Uber” və “Yandeks”in baş ofislərinə silahlı hücumlar şirkəti təşvişə salıb. “Rakuten Viber”in baş direktoru Camel Aqaya bildirib ki, minimum tədbir ölkəyə investisiya həcminin azalması olacaq. Onun fikrincə, insanların qorxu içində olduğu yerdə böyük yatırımlardan danışmağa dəyməz.

Belarusda avqustun 9-dan 26 ildir ölkəyə rəhbərlik edən Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyaları keçirilir.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »