Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili: “Gürcüstanın baş naziri olmağa hazıram”

“Gürcüstanda müxalifətin seçkilərdə qələbə qazanacağı halda ölkənin baş naziri olmağa hazıram”.

“Report” xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində bildirib.

O, bu vəzifəni tam bir müddətdə deyil, maksimum iki il tutmaq istədiyini deyib: “Əminəm ki, iki il ölkəni bataqlıqdan çıxarmağa və sürətlə irəliləməyə kifayət edəcək”.

Sabiq dövlət başçısı Gürcüstana qayıdışının dəqiq tarixini açıqlamayıb və ölkədə narahatlıqlara səbəb olmaq istəmədiyini qeyd edib: “Hakimiyyətə iğtişaşlarla gəlməyə hazırlaşmıram”.

Qeyd edək ki, bu gün Gürcüstanın müxalif “Güc birlikdədir” birliyi baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İranla sərhəddə şəhid olan kiçik gizirlə vida mərasimi keçirilir - Foto
Son xəbərlər
Bütün xəbərlər »