Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusun pulu qurtarır, borcları verə bilmir

Rusiya Belarusa təbii qaza görə borcunu ödəmək üçün bir ay vaxt verib.

Müddəti qonşu ölkənin Energetika naziri Aleksandr Novak müəyyənləşdirib.

Aleksandr Novak Aleksandr Novak

Bizimyol.info xəbər verir ki, Belarus ağır iqtisadi dövr yaşayır. Postsovet ölkəsi borclarını qaytara bilmir. Novak həmkarlarla prinsipial razılıq əldə etdiklərini söyləyib: “Söz verdilər ki, ödəyəcəklər. Bildiyimə görə, indi maliyyə mənbələri axtarırlar”.

Rusiyanın Energetika naziri əlavə edib ki, borcu bağlamaqla bütün problemlər aradan qaldırılmır. Çünki bir çox texniki məsələlər də həllini tapmalıdır.

Minskin Kremlə təbii qaza görə borcu 328 milyon dollara çatıb. Belarusun borcu bir ay ərzində bağlayacağı inandırıcı görünmür. Postsovet ölkəsi təkcə avqust ərzində qızıl ehtiyatlarının 15 faizini satıb. İndi dövlətin cəmi 7 milyard 457 milyon dollarlıq qızılı qalıb.

Belarusda Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonu növbəti dəfə prezident elan edəndən sonra etiraz aksiyaları səngimir. Aksiyalar iqtisadiyyata böyük zərbə vurur. Sentyabrın sonuna qədər sakitlik yaranacağı gözlənilmir. Buna görə də Lukaşenko hökumətinin borcu bitirəcəyinə də inanmağa dəyməz.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »