Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan daha 57 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 103 925 şübhəli koronavirus testindən keçib, onlardan 1703-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1118 nəfər olub, 1047 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 281 509 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 252 152 nəfər sağalıb, 6730 nəfər ölüb.

Nazir bildirib ki, sutkalıq xəstə sayı ən çox paytaxt Ankarada artıb, ağır xəstə sayı isə ölkə boyu artmaqda davam edir.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »