Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus pulu ilin sonuna qədər daha da ucuz olacaq

Rusiya iqtisadiyyatının yaxşı günləri yaşamadığı sirr deyil. Şimal dövləti qlobal böhran dövrünü ağır keçirən ölkələrdəndir.

Bizimyol.info xəbər verir ki, neftin qiymətinin çox aşağı olması Rusiyanı çıxılmaz vəziyyətdə qoyub. Hadisələrin gedişi yaxşı heç nə vəd etmir. Rubl ayaqda qalmağa çətinlik çəkir. Son günlər aşkar geriləmə var. Rus pulu dollara nisbətdə 76 həddinə yaxınlaşıb. Avronu isə Rusiyada 90 rubla təklif etməyə başlayıblar.

Mütəxəssislərin fikrincə, rubl ilin sonuna qədər daha ucuzlaşacaq. Dekabrda avronun 100 rubldan baha satılması da mümkündür. Yəqin ki, dollar da 80 həddindən aşağı olmayacaq.

Sergey Kalaşnikov Sergey Kalaşnikov

İqtisadi Siyasət üzrə Federasiya Şurası Komitəsinin sədr müavini Sergey Kalaşnikov rublla bağlı nikbin düşünmür. O da ilin sonuna qədər çox xoş mənzərə yaranmayacağını fikirləşir. Amma Kalaşnikov bunda bir çox amillərin vacib rol oynadığını deyir: “Dünya iqtisadiyyatında baş verənlər də çox təsir göstərir. Əlbəttə, Mərkəzi Bankın davranışından da az şey asılı deyil. İstənilən halda, Rusiya iqtisadiyyatı irəli addımlamır. Buna görə rubl yalnız dəyər itirə bilər”.

Kalaşnikov rublun gələn il də rahatlıq tapmayacağını düşünür. Rusiyada idxal payının yüksək olması, istehsalatın səviyyəsinin istənilən yerə çatmaması nikbinliyə əsas vermir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »