Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli İnsanovun köməkçisi həbs olundu: polisə müqavimət ittihamı

Keçmiş Səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovun köməkçisi Rəşad Abbasov həbs olunub.

Bizimyol.info xəbər verir ki, sentyabrın 7-də Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyev onun haqqında 30 günlük inzibati həbs qərarı çıxarıb. R.Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsilə təqsirli bilinib.

Əli İnsanov Əli İnsanov

Lakin partiya onun Ə.İnsanovun köməkçisi olduğuna görə cəzalandırıldığını iddia edir. Partiyadan bildirilib ki, R.Abbasov sentyabrın 5-də günorta saatlarında Ə.İnsanovla əvvəlcədən razılaşdırılmış görüşə gələrkən yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. İki gün ərzində ailə üzvləri onun yeri barədə heç bir məlumat ala bilməyiblər.

Ə.İnsanov səhiyyə naziri vəzifəsində işləyərkən - 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunub. Amma məhkəmə qarşısına vəzifə cinayətləri ittihamıyla çıxarılıb. Dövlət əmlakının qanunsuz özəlləşdirilməsi, mənimsəmə kimi ittihamlarla 11 il azadlıqdan məhrum edilib. 2016-cı ilin avqustunda – cəza müddətinin başa çatmasına az qalmış Ə.İnsanov haqqında psixotrop dərmanlar saxlama və s. ittihamlarla yeni cinayət işi başlanıb və cəza müddəti daha 7 il uzadılıb.

Ə.İnsanov 2019-cu ilin martında Prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb.

Həbsdən buraxıldıqdan bir müddət sonra partiya yaratmaq qərarı verib. Haqq Ədalət Partiyasının təsis konfransı bu il yanvarın 25-də keçirilib.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »