Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə neftin qiymətini “öldürür”

Son günlər bareli 45-46 dollara satılan neftin qiyməti kəskin aşağı düşüb. Mütəxəssislər bunda Səudiyyə Ərəbistanının birbaşa rolu olduğunu bildirir.

Bizimyol.info xəbər verir ki, “Brent”in bareli 42 dollardan da aşağı təklif olunur. Axırıncı dəfə bu qiymətə iyulun sonlarında rast gəlinmişdi. İyulun 30-dan sonra 41.51 göstəricisi ən aşağı sayılır.

WTI daha çox dəyər itirib. Amerika nefti iyulun 10-dan bəri bu qədər ucuz olmamışdı. Sentyabrın 7-də gün ərzində 38.55 göstəricisi qeydə alınıb.

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neftin qiymətini bilərəkdən “öldürmək”də ittiham olunur. Ərəblər bazarda mövqeyini gücləndirmək üçün asiyalı tərəfdaşlara çox ucuz yanacaq təklif edir. Oktyabrdan Çin neftin barelini 1.4 dollar ucuz alacaq. Bazarda belə güzəşt gözlənilmirdi. İndi investorlar daha ehtiyatlı davranmağa başlayıb. Onsuz da qlobal böhrana görə hamı risk etməyə çəkinir.

Neftin qiyməti martdan qənaətbəxş deyil. Məhz Səudiyyə Ərəbistanının Rusiya ilə yola getməməsi bazarda inqilab effekti yaratmışdı. Onda neftin qiyməti təxminən iki dəfə aşağı düşmüşdü.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »