Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan ölkəyə giriş qaydalarını dəyişib

Gürcüstan hökuməti ölkəyə gələnlər üçün məcburi karantin müddətini 12 gündən 8 günə endirib, eyni zamanda sentyabrın 15-dən etibarən gəlişindən 72 saat əvvəl alınan koronavirus testinin nəticələri tələb olunacaq.

APA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib.

Bu qərar koronavirusla mübarizə üzrə Koordinasiya Şurasının iclasında qəbul olunub. Xaricdən Gürcüstana qayıdan hər kəs (Almaniya, Fransa, Latviya, Litva və Estoniya istisna olmaqla – Gürcüstan bu ölkələrlə birbaşa aviareysləri bərpa edib) məcburi karantinə alınacaq.

Əksər hallarda yoluxmuş insanlarla təmasda olan vətəndaşlar karantinə alınacaq. Sentyabrın 15-dən sözügedən Avropa ölkələri daxil olmaqla Gürcüstana gələn əcnəbilər koronavirus testinin nəticəsini sərhəddə təqdim etməli olacaqlar.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »