Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbirqazan qoca: özünə də məzar qazıb - Foto

Türkiyənin Balıkesir şəhərində yaşayan Halil Aykut 10 ildir qəbir qazır.

64 yaşlı Bigadiç ilçə sakini hətta özü üçün də məzar hazırlayıb.

Halil Aykut Halil Aykut

Bizimyol.info xəbər verir ki, Halil Aykut 30 il tikintidə işləyib. Bir gün qohumun məzarını qazmaq lazım gələndə əlinə bel alıb. Həmin gündən Aykut qəbiristanlığı özünə iş yeri bilib.

“Önəmli olan gördüyün işi sevərək etməkdir. Qohumun məzarını qazdım, sonra ard-arda işlər çıxdı. Bir də gördüm ki, Bigadiçin qəbirqazanıyam. Yaxın adamı ölən məni axtarmağa başladı. Nə verirlərsə, razı oluram. 100 lirə də verən olur, 150 də. Kimsəsiz və kasıbların məzarını pulsuz qazıram. Bigadiçdə ölən çox olmur. Orta hesabla həftədə iki nəfər. Allah bərəkət versin. Çörəyim buradan çıxır”.

Qəbirqazan qoca deyir ki, bir məzarı hazır etməyə 2-3 saatı gedir. Tikintidə işi daha ağırmış. Gündə 8 saat işləyirmiş. İndi isə həftədə iki-üç dəfə bir neçə saatını sərf edir: “İnsanlar nə qədər dua edir. Mənə başqa işlər də tapşırırlar. Məzarın kənarında çiçək əkirəm, sulayıram, alağı təmizləyirəm. Özümə də məzar qazmışam. Nə zaman öləcəyim bilinməz. Qoy uşaqlarım təlaş keçirməsin. Öləndə qəbrim hazır olsun”.

Son xəbərlər
Bütün xəbərlər »