Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin müdafiə naziri NATO Hərbi Komitəsinin sədri ilə görüşüb

Türkiyə Müdafiə naziri Hulusi Akarın NATO Hərbi Komitəsinin sədri, general Stüart Piçlə görüşü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyindən yayılan açıqlamada bildirlib ki, Stüart Piç Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yaşar Gülərin dəvətilə Ankaraya gəlib.

Stüart Piç Şərqi Aralıq dənizi mövzusunda NATO-nun Baş Katibi Yens Stoltenberqin dialoq çağırışını məmnuniyyətlə qarşıladığını, Şərqi Aralıq dənizi ilə həmsərhəd olan bütün ölkələrin beynəlxalq hüquq, ikitərəfli razılaşmalar və mehriban qonşuluq münasibətlərini nəzərə almalarının tərəfdarı olduğunu deyib.

Hulusi Akar isə bildirib ki, Türkiyə Şimali Kipr daxil mavi vətəndə hüquqlarını bu günə qədər necə qoruyubsa, bundan sonra da o şəkildə qoruyacaq.

Nazir Türkiyənin NATO-dakı öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam etdirəcəyini də qeyd edib.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »