Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Belarus rəsmilərinə sanksiya tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Belarusda son prezident seçkilərinin nəticələrini saxtalaşdırdıqlarına və etirazçılara qarşı zorakılıq əməllərinə görə bu ölkənin 31 rəsmi şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq etmək niyyətindədir.

“Reuters” xəbər verir ki, diplomatik mənbələrə görə, məhdudlaşdırıcı tədbirlər görüləcək 31 yüksək vəzifəli şəxs arasında Belarus xarici işlər naziri Yuriy Karayev də var.

Belə ki, dünən nazir ölkəsinin polisini “dünyanın ən humanist və təmkinli” olaraq səciyyələndirib.

Eyni zamanda hələ tam qətiləşməyən həmin siyahının ilkin variantında Prezident Aleksandr Lukaşenkonun adı yoxdur.

İqtisadi sanksiyaların tətbiqi Aİ ölkələrinin xarici işlər nazirləri arasında sentyabrın 21-nə nəzərdə tutulan görüş zamanı qərarlaşdırıla bilər. Sanksiyalar ertəsi gün qüvvəyə minəcək.(“Report”)

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Putin silahlarla bağlı göstəriş verdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Prezidentin Qarabağla bağlı açıqlamaları mesaj xarakterli idi"
Son xəbərlər
Bütün xəbərlər »