Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
85 yaşlı türk nənə evini 4 milyon avroya satmaq istəmədi - Yunan milyarderi rədd etdi

Türkiyənin Akhisar şəhərində yerləşən 3 mərtəbəli köhnə bir ev Yunanıstanın sayılı milyarderlərindən olan Onassisin diqqətini çəkib.

Bu bina 1972-ci ildə Akhisar sakini, biznesmen Camal Yalaz tərəfindən satın alınıb, o öldükdən sonra ev biznesmenin xanımı Mihriyə Yalaza qalıb. Dünyada tanınan və istədiyi hər şeyi satın alan yunan milyarder Mihriye Yalazın tarixi eviniYunanıstan üçün fəaliyyət föstərən Onassis Xeyriyyə Fondu üçün satın almaq istəyib və evə dəyərindən qat- qat çox, 4 milyon avro təklif edib.

Mihriyə Yalaz və 4 övladı bu təklif qarşısında çaşqınlıq yaşasalar da, evlərinə gəlmiş jandarma komandirinin sözü ilə evi satmaqdan vaz keçiblər.

85 yaşlı türk nənə evini 4 milyon avroya satmaq istəmədi

“Hadisə bir müddət öncə baş verib.Akhisar Qarnizon Komandiri Cüneyt Kavunçu evimizə gəldi. Vətən sevdalısı, Atatürk aşiqi olan bu zabitimiz bildirdi ki, bu evi satmaq vətəni satmaqdır. Bu küçədə əsgərlik şöbəsinin binasında türk bayrağı dalğalanır. Fond Yunanıstanın olduğu üçün bu binanın üzərində yunan bayrağı dalğalanacaqdı. Bir küçədə türk və yunan bayraqları qoşa olmamalıdır deyə düşündük, gözəl xatirələrimiz olan evimizi satmaq istəmədik”,- deyə 85 yaşlı qadın qeyd edib.

İlhamə

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »