Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran səfiri: “Azərbaycanın mövqeyini dəstəkləyirik”

“İran Dağlıq Qarabağ münaqişəsi məsələsində və Azərbaycanın işğal olunmuş ərazilərinə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləyir”.

Bunu İranın Azərbaycana yeni təyin edilən səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşdə söyləyib.

Onun sözlərinə görə, İran münaqişənin həlli üzrə kömək etməyə hər zaman hazırdır.

Ceyhun Bayramov isə, öz növbəsində, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü qeyd edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın hər zaman Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib.(report)

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »