Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mariya Zaxarovanın “Facebook”da yazdığı status Rusiya və Serbiya arasında qalmaqala səbəb olub

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Serbiya prezidenti Aleksandr Vuçiçin ABŞ prezidenti Donald Trampın qəbulunda olması ilə bağlı “Facebook” səhifəsində yazdığı statusa münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin sözçüsü M.Zaxarovanın yazdığı statusla bağlı anlaşılmazlıq yarandığını, həmkarının üzr istədiyini söyləyib: “Mümkündür ki, bir sıra ifadələrlə bağlı anlaşılmazlıq olmuşdu. Bilirəm ki, həmkarım üzr istəyib. Ona görə də, hesab edirik ki, ümumilikdə Serbiyaya və onun rəhbərliyinə bağlılığımız və dərin hörmətimiz heç kəsdə şübhə qoymayacaq”,- deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovanın baş naziri Avdulla Xoti ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar. Serbiya mətbuatında Aleksandr Vuçiçin Trampla görüşü zamanı ABŞ prezidentinin masasından aralı məsafədə yerləşən stulda əyləşməsinin görüntüsü yayılıb. Həmin fotonu Rusiya XİN rəsmisi Mariya Zaxarova “Facebook” səhifəsində yerləşdirərək şərh edib. O, şərhində Vuçiçi məşhur “Əsas instinkt” filmində baş rolun ifaçısı Şeron Stounla müqayisə edib və aktrisanın polisdə ifadə verdiyi zaman fotosunu yerləşdirib: “Əgər sizi Ağ Evə çağırıb, stulu sorğu-suala tutulmuş kimi qoyurlarsa, o zaman ikinci şəkildəki (yəni, Şeron Stounun oturduğu kimi, ayaq ayağın üstündə-red. F.Ə) kimi oturun.

Serbiya tərəfi M. Zaxarovanın məlum statusunu qınayan bəyanat yayıb. Aleksandr Vuçiç də M. Zaxarovanın məlum statusuna münasibət bildirib. Serbiya prezidenti M. Zaxarovanın məlum fikirlərinin onun məhz özünə aid olduğunu bildirib, bunu primitivlik və ədəbsizlik adlandırıb.

İki ölkə arasında yaranan bu qalmaqaldan sonra Rusiya XİN başçısı Sergey Lavrov Aleksandr Vuçiçlə telefonla danışıb.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »