Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dünyada ən varlı adamdır, ölkəni şəxsi şirkəti kimi idarə edir...”

ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili və ən yaxın adamı olmuş Mayk Koenin sabah sentyabrın 8-də satışa çıxacaq memuarlarının ölkədə geniş əks-səda doğracağı gözlənilir. Çünki Koen özünün dediyi kimi, bu kitabda Trampın bütün zibillərini açıb-tökür. O cümlədən milyarderin Rusiya ilə gizli əlaqələri haqda bir çox məqamları açır.

Virtualaz.org xəbər verir ki, kitab satışa buraxılmamış onun bir nüsxəsini “Washington Post” qəzeti əldə edib və oradan maraqlı seçməni yayıb. Mayk Koen yazır ki, Tramp 2026-cı il prezident seçkiləri ərəfəsində Rusiya prezidenti Vladimir Putinə necə həsəd apardığı haqda ona danışırdı. Bəs Putinin nəyi Trampın xoşuna gəlmişdi, o, Rusiya dövlət başçısının hansı xüsusiyyətlərinə həsəd aparırdı?

Koen yazır ki, Tramp bu haqda belə deyib: “O, bütün ölkəni ələ keçirə bilib və elə idarə edir ki, sanki özünün şəxsi şirkətidir-“Trump Organizaton” kimi...”

Tramp Rusiya işi üzrə müdafiə edərkən zərər çəkən və bank maxinasiyalarına görə həbs edilən, bu zaman ABŞ prezidentinin dəstəyini görmədiyi üçün ondan üz döndərən Koen keçmiş şefinin Putini “dünyanın ən varlı adamı” hesab etdiyini də yazır.

“O, səhvən Putini dünyada ən varlı adam hesab edirdi, çünki özü də pulu çox sevirdi”,-o yazır. Koen memuarlarında Trampı “dələduz, yalançı, xuliqan, rasist və zorba” adlandırır. Keçmiş vəkili hesab edir ki, Tramp 4 il əvvəl Rusiyanın seçkilərə müdaxilə edib onun seçilməsinə kömək etməsi üçün aşkar və gizli cəhdlər göstərib.

Paylaş »
››› ABŞ Rusiyaya qalib gəldi : "Paşinyan Moskvanın vasitəçiliyini qəbul etməyəcək"
››› Oleq Kuznetsov: “Rusya Təhlükəsizlik Şurasının iclası çağırılacaq.., Azərbaycan güc nümayiş etdirəcək”
››› Kuznetsov: “Rusiya mətbuatı ermənilərə satılıb”
››› Türkiyə milli komandasının futbolçuları Bakıda niyə dava salıblar...
››› German Kulikovski: “Ermənistan Qərbə yönələcək, Rusiya Qarabağdan çıxarılacaq”
››› Paşinyan təkbaşına hökumət qurmaq imkanı qazandı
››› “Paşinyan anlayır ki, Rusiya və İran ölkəni faktiki işğal edib”
Son xəbərlər
Bütün xəbərlər »