Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Özbəkistan XİN rəhbəri ilə telefonda danışdı

Xarici İşlər naziri Ceyhun Bayramovun Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

Nazirlikdən bildirilib ki, XİN rəhbərləri ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin artdığı vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistan Respublikasının Müstəqil Dövlət Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.(oxu.az)

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
Son xəbərlər
Bütün xəbərlər »