Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yohan Valem: "Azərbaycanla matçda qələbə qazanmaq istəyirik"

"Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm".

"Report"un məlumatına görə, bu fikirləri Kipr yığmasının baş məşqçisi Yohan Valem Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis oyunun komandası üçün vacib olduğunu bildirib: "Rəqibə hörmət edirik, amma biz qalib gəlmək istəyirik".

Belçikalı baş məşqçi Monteneqro kimi güclü rəqiblə qarşılaşmada bir neçə epizod yaratdıqlarını sözlərinə əlavə edib: "Biz yarımmüdafiədə yaxşı təsir bağışladıq. Oyunçularım bəzi məqamları cəmi 3-4 məşq ərzində dərhal mənimsədilər. Matçın ardından futbolçuların üzlərində gördüyüm məyusluq mənə çox şey deyir. Deməli onlar qələbəni həddindən artıq istəyirdilər. Növbəti oyunumuzda ən yaxşşı "11-liy"imizi meydana buraxacağıq".

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda ilk turda evdə Lüksemburqa 1:2, Kipr isə Monteneqroya 0:2 hesabı ilə uduzub.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »