Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayraq qalmaqalına icra hakimiyyətindən açıqlama - Video

Sumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə video paylaşılıb.

Bizimyol.info xəbər verir ki, videogörüntüyə əsasən sakin bayraqları endirməyə çalışan şəxsləri niyyətlərindən əl çəkməyə çağırır. Bu çağırışdan sonra bayraqlar endirilmir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, Sumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: “Şəhər icra hakimiyyəti tərəfindən belə bir tapşırıq verilməyib.

Videoda əks olunan görüntünün araşdırılması zamanı məlum olub ki, ərazidə yaşayan vətəndaş tərəfindən bayrağın səliqəyə salınması istəyini başqa bir vətəndaş yanlış anlayıb və buna etirazını bildirib.

Bu gün də həmin guşə və bayraqlar yerindədir. Azərbaycan bayrağı hər birimizin qürur, fəxarət mənbəyidir, o cümlədən qardaş Türkiyə bayrağı hər bir azərbaycanlı üçün eyni dəyəri ifadə edir”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »