Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş həkim xəstəxananın həyətindəki ağacları məhv etdirib

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Bizimyol.info xəbər verir ki, Bərdə rayon prokurorluğundan verilən məlumata görə, bəzi hallarda ayrı-ayrı fiziki və ya hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Belə ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan 15 ədəd ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ədəd ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Bərdə rayon prokurorluğunda araşdırma aparılmışdır.

Aparılmış araşdırmalarla cari ilin yanvar ayında qeyd edilən xəstəxananın baş həkimi Nizami Mehdizadənin göstərişi əsasında təsərrüfat şöbəsinin müdiri Yəhya Qasımov tərəfindən həmin ağacların məhv edilməsi və nəticədə təbiətə maddi ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »