Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobildən 3 kiloqramdan artıq narkotik vasitələr aşkarlanıb

Cəlilabadda avtomobildən 3 kiloqram narkotik vasitə və psixatrop maddə aşkarlandı.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı şəhər sakinləri R.Ramazanov və A.Bəşirov sonuncunun idarə etdiyi “Vaz-21014” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Onların olduğu avtomobilə keçirilən baxış zamanı ön sərnişin oturacağının alt hissəsində 1 ədəd bağlamada çəkisi 1 kiloqram 320 qram narkotik vasitə heroin, 2 ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb. R.Ramazanovun həmin narkotik vasitə və psixatrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdiyi və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən edilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Paylaş »
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› İyunun 25-nə olan hava proqnozu
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »