Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zahid Oruc: Ermənistanda bir neçə “Qarabağ ocağı” yaradanda, silahlı əməliyyatların episentri dəyişəcək

“12 iyul Tovuz hərbi cəbhəsində baş verən toqquşmalar 90-cı illərdən qalan işğal reallığını dəyişdirdi.Ona görə də Azərbaycan əsgəri Ermənistanın daxilində bir neçə “Qarabağ ocağı” yaradanda, silahlı əməliyatların episentri dəyişəcək və düşmənin qüvvələri, resursları, tankı və topu bütün “təmas xətti” boyu səpələnəcək, erməni ordusu parçalanacaq!”

Bu fikirləri Bizimyol.info-ya Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc səsləndirib.

“Gəlin unutmayaq ki, müstəqillik qazanandan sonra iki dövlət arasında sərhəd-delimitasiya xətti razılaşdırılmayıb.Çünki tərəflər arasında diplomatik tanımazlıq mövcuddur. Ona görə Ermənistanın daxilində bir neçə “Qarabağ cəbhəsi” açılanda rəşədətli ordumuzun irəli gedib durduğu yerdən də sərhədlər çəkiləcək! İşğal olunan əraziləri qaytarmaq üçün hərbi taktika və strategiya artıq dəyişib. Qarşı tərəf azərbaycanlıların düşüncəsində inqilabi dəyişikliyin baş verdiyinin fərqindədir. Ermənistanın içində-Noyenbryan, ya Berd rayonlarında, yaxud elə Karçivan kəndində “Qarabağ anklavı” meydana gələndə ötən əsrdən pozulmuş hərbi-siyasi balans aradan qalxacaq və erməni xalqı siyasi hakimiyyəti Azərbaycanla sülh müqaviləsinə məcbur edəcək.Əks halda, İrəvanda növbəti çevriliş qaçılmazdır”,- deyə o bildirib.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »