Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nurməhəmmədov Qetjidən üstün olduğu tərəfləri açıqladı

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı Castin Qetjidən dözümlülük və zərbə texnikasına görə üstün olduğunu bildirib.

Bu barədə “İzvestiya” yazıb.

“Dözümlülüyə görə mən özümü ondan iki dəfə üstün hesab edirəm. Zərbələrə gəldikdə isə... Bir çoxu mənim zərbələrimi qiymətləndirmir. Mən 12 ildir peşəkar çıxış edirəm. Bu müddət ərzində heç bir cızıq və ya buna bənzər heç nə olmayıb. Castin Qetjini isə iki dəfə nokauta salıblar, çox zərər vurublar. O, çox möhkəm, dözümlü idmançıdır. Ancaq mən inanıram ki, ondan zərbə texnikası baxımından üstünəm”, - deyə H.Nurməhəmmədov bildirib.

H.Nurməhəmmədov döyüşün onun özü üçün də çox maraqlı olacağını qeyd edib:

“Mənə Qetjinin parterdə necə olması maraqlıdır. Biz onu heç kimlə parterdə görməmişik”.

Xatırladaq ki, döyüş oktyabrın 24-də baş tutacaq.(oxu.az)

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »