Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyarə sərnişinləri koronavirusa yoluxdu

Yunanıstandan Britaniyaya uçan təyyarənin sərnişinləri koronavirusa yoluxub. Onların təhlükəsizlik tədbirlərinə əməl etməyərək, maska taxmamaları səbəbindən virusa tutulduqları qeyd edilir.

Bizimyol.info Metro-ya istinadən xəbər verir ki, sərnişinlərdən biri Stefani Uitfild Britaniya Hava Yollarına şikayət edərək, sərnişinlərin çoxunun maska taxmadığını, salonda yerlərini dəyişdiyini, sosial məsafənin qorunmadığını əsas gətirərək şikayət edib. ”Heç bir ekipaj üzvü də sərnişinlərə bununla bağlı xəbərdarlıq etmədi. Reyslə çoxlu sayda eqoist kovidiotlar və bacarıqsız stüardessalar uçurdular ki, olanlara göz yumuldu”,- deyə onun şikayət ərizəsində qeyd edilib.Stefani Britaniya Hava Yollarını məhkəməyə verəcəyini də bəyan edib.

Təyyarədə uçan 200 sərnişindən 16-da koronavirus təsdiqlənib, qalan sərnişinlərə özünütəcrid tövsiyə olunub.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› “Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
››› Paşinyan çıxışı zamanı çoxlu səhv edib
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Türkiyə Prezidenti: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”
››› Göründüyündən də böyük hadisə
Son xəbərlər
Bütün xəbərlər »